"BakuBus”dan daha bir yenilik

"BakuBus”dan daha bir yenilik
  22 Yanvar 2016    Oxunub:1847
"BakuBus”MMC sərnişinlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edəcək.
“BakuBus”MMC-nin mətbuat katibi Nuridə Allahyarova dayanacaqlarda "BakuBus"ın avtobuslarının hansı nömrələr altında, hansı dayanacaqlardan keçdiyini əks etdirən dəmir şitlər vurulacağını bildirib:

“Bununla da dayanacaqlarda gözləyən sərnişinlər "BakuBus"ın xidmət göstərdiyi avtobusların hansı dayanacaqlardan keçdiyi barədə məlumat almış olacaqlar. Bu sərnişinlərə "BakuBus"a məxsus avtobusların hərəkət istiqaməti üzrə məlumat almaq imkanı yaradacaq. Məqsədimiz sərnişinlərə daha keyfiyyətli, yüksək xidmət göstərməkdir".

AzVision.az


Teqlər:





Xəbər lenti