İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü

 İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşdü
  22 Yanvar 2016    Oxunub:2271
Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
AzVision.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, görüşdə tərəflər mehriban qonşuluq münasibətlərinin inkişafı və strateji əməkdaşlıq məsələlərini müzakirə edib.

Tərəflər, həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə dərinləşdirilməsi istəklərini dilə gətirib.

AzVision.az


Teqlər:  






Xəbər lenti