` Cavid Hüseynovun işi xüsusi nəzarətdədir` - Prokurorluq
"Göstərilənləri qəti şəkildə təkzib edərək bildiririk ki, qeyd olunan cinayət işləri Baş Prokurorluğun rəhbərliyinin xüsusi nəzarətində olmaqla Cavid Hüseynovun CM-nin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ayrıca icraata ayrılması cinayət prosessual qanunverciliyinin tələblərinə müvafiq şəkildə aparılmış, bu barədə zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi müxtəlif vaxtlarda Bakı şəhər prokurorluğuna dəvət edilərək şəhər prokurorluğunun rəhbərliyi tərəfindən məlumatlandırılaraq onlara prosessual hüquq və vəzifələri izah edilib".
Qeyd olunub ki, 22 dekabr 2015-ci il tarixdə E.İsmayılov və qeyrilərinin Cinayət Məcəlləsinin 126.3 və 177.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair, 11 yanvar 2016-cı il tarixdə isə C.Hüseynovun həmin məcəllənin 307.1 və 307.2-ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən cinayət işləri yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.







Vaxtında, Aydın, Lazımlı!


