Orduda cinayətlərin sayı kəskin azalıb

Orduda cinayətlərin sayı kəskin azalıb
  22 Yanvar 2016    Oxunub:1817
Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayı aaçıqlanıb.
AzVision.az -ın məlumatına görə, bu barədə Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında bildirilib. Qeyd edilib ki, mülki kollegiyada baxılan işlərin sayı 2014-cü illə müqayisədə 15,2 faiz, inzibati-iqtisadi kollegiyada 3,7 faiz, cinayət kollegiyasında 1,6 faiz artıb. Hərbi kollegiyada isə baxılan işlərin sayı 17,2 faiz azalıb.

Ümumiyyətlə, Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılmışdırsa, 2015-ci ildə bu rəqəm 9404 olub, yəni 8,5 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb.

2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ali Məhkəmənin plenumunun 2015-ci ildə 5 iclası keçirilib, 12 qərar qəbul edilib.


Teqlər:






Xəbər lenti