Bakıda 43 cinayətkar qrup tutuldu - General hesabat verdi
Cinayətlərin 75,2 faizinin, ağır növlərinin 76,7 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 62,7 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.817 cinayətdən 94 faizi, o cümlədən qəsdən adam öldürmələrin 98,7 faizi, adam öldürməyə cəhdlərin 96,7 faizi açılıb.
Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 3,5 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,8 faiz, şəxsiyyət əleyhinə olanların açılması 2,1 faiz, o cümlədən qəsdən adam öldürmələrin açılması 7,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 6,6 faiz, avtonəqliyyatın qaçırılması faktlarının açalması 7 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 2,5 faiz yaxşılaşıb.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2.661 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 274 bağlı cinayət açılıb.
Təqsirləndirilən şəxs qismində axtarışda olanların 72,4 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60 faizi tutulub.
Aşkar edilmiş 1254 fakt üzrə qanunsuz dövriyyədən 255 kiloqramdan çox narkotik vasitə çıxarılıb. Hesabat dövründə 54 odlu silah, 11 qumbara, 3.139 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah götürülüb. Bildirilib ki, 2015-ci ildə paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 83,7faizi ödətdirilib.