Ötən il Bakıda qəzalarda 202 nəfər ölüb

Ötən il Bakıda qəzalarda 202 nəfər ölüb
  22 Yanvar 2016    Oxunub:1714
Paytaxtda yol-nəqliyyat hadisələrinin sayı 20 faiz azalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov daxili işlər naziri Ramil Usubovun iştirakı ilə İdarədə 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

M.Seyidov bildirib ki, paytaxt ərazisində baş vermiş 667 yol-nəqliyyat hadisəsində 202 nəfər həlak olub, 850 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əvvəlki dövrlə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 19,7 faiz, həlak olanların sayı 30,8 faiz, xəsarət alanların sayı 4,9 faiz azalıb.

O, qeyd edib ki, yol hərəkətinə nəzarət prosesində 18,0 faiz çox və ya 883.907, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 6.822, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 4.564, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 7.831 inzibati xəta aşkar edilib. Nəticədə həm ümumi qayda pozuntularının, həm də kobud qayda pozuntularının aşkarlanması artıb, habelə 134 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.


Teqlər:  





Xəbər lenti