`Amal Kluni Xədicənin kim olduğunu bilmir`

`Amal Kluni Xədicənin kim olduğunu bilmir`
  22 Yanvar 2016    Oxunub:3936
“Kluni Xədicə İsmayılovanı müdafiə etməklə nə əldə edəcək?”
Aktyor Corc Kluninin xanımı, vəkil Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək. Əslində ermənipərəst vəkilin Xədicə İsmayılovanın hüquqlarını müdafiə etməsi təəccüb doğurmur. Hər iki şəxs erməni maraqlarına xidmət etdiklərini dəfələrlə sübut ediblər.

Hüquq müdafiəçisi Sahib Məmmədov AzVision.az-a bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsində vəkilin çıxış etmə qaydası yoxdur: “Orada açıq məhkəmə prosesi getmir. Kim ərizə verirsə, onun nümayəndəsi iştirak edir. Bu da ərizəni hazırlayıb göndərmək və sonra kommunikasiya vaxtı suallara cavab vermək üçün lazımdır”.

Avropa Məhkməsində amicus curiae (məhkəmənin dostu) qismində qısa şərh vermək olur. Bu, mənəvi məsələdir. Amal Kluni heç bilmir ki, Xədicə İsmayılova kimdir. Sadəcə, propaqandanın təsiri ilə bu hərəkəti edir. Amal Kluninin Avropa Məhkəməsində vəkillik etməsi düzgün deyil. Orada vəkilin çıxış etməsi kimi bir prosedur yoxdur. Bu sadəcə, piar kampaniyasıdır”, - deyə S.Məmmədov vurğulayıb.

Hüquq müdafiəçisinin fikrincə, bu məsələdə kimlərsə X.İsmayılovaya dəstək olmaq üçün Amal Kluniyə müraciət edib: “Amal Kluni Xədicə İsmayılovanı müdafiə edib nə əldə edəcək?”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti