`Həmsdərlər Ermənistanı müdafiə edir`

`Həmsdərlər Ermənistanı müdafiə edir`
  22 Yanvar 2016    Oxunub:2482
“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması səylərini alqışlayır və sülh yolu ilə həllə sadiq tərəflərlə birlikdə işləməyə hazır olduqlarını bəyan edirlər”.
AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun bu gün yayılan birgə bəyanatında deyilir.

Bəyanatda AŞPA-nın yaxın vaxtlarda münaqişə ilə bağlı qətnamə qəbul edə biləcəyi vurğulanır: “Biz AŞPA və digər beynəlxalq təşkilatlara xatırladırıq ki, Minsk qrupu danışıqlar üçün qəbul olunmuş yeganə formatdır. Biz AŞPA üzvləri tərəfindən göstərilən marağı qiymətləndiririk. Lakin qeyd edirik ki, ATƏT-in Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atıla bilməz”.

Bəyanatı şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, həmsədrlərin AŞPA-nın Minsk qrupunun mandatına xələl gətirəcək və davam edən danışıqlar prosesini çətinləşdirəcək addımlar atmaması gərəkliyini bildirmələri fakitiki Ermənistanın mövqeyini müdafiə etməkdir:

“Məsələ burasındadır ki, AŞPA-nın yanvar sessiyasında (25-29 yanvarda) Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlar dinləniləcək. Bu hesabatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və komitə iclaslarında bəyənilib. Ermənistan bu iki sənədin qəbul olunmaması üçün aylardır çalışır, lobbi fəaliyyəti aparır. Həmsədrlərin açıqlamasından sonra Ermənistanın əli daha da güclənib və bu hesabatların AŞPA sessiyasında qəbulu böyük ölçüdə çətinləşib”.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti