Gültəkin Hacıbəylinin ərindən BƏYANAT

Gültəkin Hacıbəylinin ərindən  BƏYANAT
  05 İyul 2013    Oxunub:1389
Bu gün sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev bəyanat yayıb.
AzVision.az bəyanatın mətnini olduğu kimi təqdim edir:

“Bəzi KİV-lərdə keçmiş həyat yoldaşım Gültəkin Hacıbəyli və onun təmsil olunduğu “Milli Şura” guya Nəsimi rayon Məhkəməsi tərəfindən atalıq hüququmun bərpa edilməsi və 9 yaşlı oğlum Toğrulun mənim himayəmə verilməsi ilə bağlı qərar çıxarması barədə sensasion xarakterli bəyanatla çıxış ediblər.

G.Hacıbəyli tərəfindən məhkəmənin çıxardığı qərarda göstərilənləri təhrif edərək bu barədə ictimaiyyətə yalan məlumat verməsi məndə təəssüf doğurur.

Bildirirəm ki, Nəsimi rayon Məhkəməsi mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq oğlumla hər həftənin beş günü saat 16:00-dan saat 21:00-dək görüş vaxtı və hər həftənin şənbə günü saat 20:00-dan növbəti bazar günü saat 11:00-a qədər mənimlə qalması şərtilə görüş vaxtı müəyyən etmişdir.

Qeyd olunanları nəzərə alaraq bəyan edirəm ki, hər bir vətəndaş kimi vaxtilə deputat mandatına sahib olan G.Hacıbəyli də öz növbəsində məhkəmənin qəbul etdiyi qərara hörmətlə yanaşmalı və ictimaiyyət arasında mənim şəxsiyyətimə xələl gətirə biləcək çıxışlarına son qoymalıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti