`Belə bir təhlükə var idi` - `YUĞ`un baş rejissoru (VİDEO)

  22 Yanvar 2016    Oxunub : 1436
`Belə bir təhlükə var idi` - `YUĞ`un baş rejissoru (VİDEO)
Son günlər YUĞ Dövlət Teatrının binasının söküləcəyi haqda xəbərlər yayılsa da, teatr öz fəaliyyətini intensiv şəkildə davam etdirir.

Teatrda M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşasının nümayişi keçirilib.

Səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. Tamaşa M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə “Naməlum Axundzadə” teatr layihəsi çərçivəçində səhnələşdirilib.

Teatrın baş rejissoru Gümrah Ömər binanın sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirib:
"Mətbuatda yayımlanan xəbərlərdə görürdük, belə bir təhlükə var idi. Aidiyyatı qurumlar bu məsələyə yenidən baxır."

"Naməlum Axundzadə" ədibin irsinin fərqli, bu günə qədər qapalı qalan aspektlərini işıqlandırır. Tamaşa esxatoloji komediya janrındadır. Əsas rolları əməkdar artistlər Fərhad İsrafilov, Məmməd Səfa, Sonaxanım Mikayilova, Gülzar Qurbanova, Vidadi Həsənov, Yaqut Paşazadə, aktyorlar Zümrüd Bəxtiyar, Zərtac Quliyeva ifa edir. Səhnə əsərinin quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri ƏR Toğrul və Aytən Məmmədovadır.

Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. (Region TV)


Teqlər: