İntihar edən Fəxrəddin Əliyev diplomat deyil - XİN

İntihar edən Fəxrəddin Əliyev diplomat deyil - XİN
  23 Yanvar 2016    Oxunub:3369
Fəxrəddin Əliyev adlı bir şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin sistemində çalışmır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın İstanbuldakı baş konsulluğun əməkdaşı kimi təqdim olunan Fəxrəddin Əliyev XİN sistemində çalışmayıb.

Azərbaycan İstanbuldakı Baş Konsulluğundan APA-ya verilən məlumata görə, F. Əliyevin Konsulluğa bağlı heç bir diplomatik fəaliyyəti olmayıb. Bu gün intihar etdiyi bildirilən F. Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, "Farko" şirkətinin sahibidir. F. Əliyev həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi qurucularından olub. Bu birlik 2012-ci ilin iyununda yaranıb.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-lərinin bu gün yaydığı xəbərə görə, F.Əliyev bu gün güllə atmaq üçün poliqona gedib. Poliqonda hədəfləri vuran F.Əliyev sonda özünü öldürüb. Hazırda aiddiyyatı qurumlar hadisənin təfərrüatlarını araşdırırlar.

AzVision.az


Teqlər:  



Xəbər lenti