Mikayılın verilişi bağlandı

Mikayılın verilişi bağlandı
  23 Yanvar 2016    Oxunub:17193
“”Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılıb”.
AzVision.az-ın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, veriliş milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir: `Tamaşaçılar artıq "Sevimli şou" verilişini görməyəcəklər. Həmin veriliş başqa formatda efirə gedəcək. Əvvəlki aparıcı o verilişdən uzaqlaşdırılıb, başqa adam aparacaq`.

O, əlavə edib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib.

Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: “Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.


Teqlər:  



Xəbər lenti