Teleaparıcılardan MTRŞ-nın tənqidlərinə CAVAB

Teleaparıcılardan MTRŞ-nın tənqidlərinə  CAVAB
  05 İyul 2013    Oxunub:1145
“Çalışaram ildən-ilə qüsurları aradan qaldırım”
“Hesabatda qeyd olunur ki, Mətanət xanımın və mənim nitqimdə qüsur var. mən demək istəyirəm ki, bizim nitqimizdə qüsur yoxdur. Hesab edirəm ki, bizim nitqimiz kimi təmiz nitq yoxdur. Sadəcə olaraq tərzimizdə nə isə bəyənilməsin”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Space telekanalının “Plyus-Minus” verilişinin aparıcısı Günel Hümbətova Dilçilik İnsitututunun televiziya kanallarında ədəbidilin qorunması ilə bağlı apardığı monitorinqin nəticələrinə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, efir danışığını apardığı verilişin tələbinə uyğunlaşdırır: “Mən maqazin verilişi aparıram, bunu mənim verilişim tələb edir ki, bəzi sözləri uzadaraq deyim, bəzilərini nazlı-qəmzəli deyim. Bu, mənim tərzimdir, o demək deyil ki, nitqim qüsurludur. Çalışaram ildən-ilə qüsurları aradan qaldırım. İndi deyə bilmərəm ki, mən qüsursuzam, əlayam”.

Aparıcı bidlirib ki, hazırda televiziya məkanında nitqində qüsur olan kifayət qədər aparıcı var: “Pəltək, rayon və Bakı ləhcəsi ilə danışan kifayət qədər aparıcı var. Buna baxmayaraq onların heç birinin adı orada hallanmayıb. Ola bilsin ki, onların verilişləri çox da izlənmir, mən daha üzdəyəm deyə qüsurlarım da gözə dəyib”.

G.Hümbətova düşünür ki, monitorinqlərin aparılması çox müsbət haldır: “Ümumilikdə isə monitorinqlərin aparılmasına çox yaxşı baxıram. Amma xahiş edirəm ki, düzgün istiqamətdə aparsınlar. Heç olmasa ləhcə ilə danışan aparıcıların adını qeyd etsinlər”.

ANS telekanalının “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu ilə də əlaqə saxladıq. Adı çəkilən hesabatla bağlı aparıcı heç nə demək istəmədi: “Bu barədə mənim heç bir münasibətim yoxdur”.

Qeyd edək ki, Dilçilik İnsitutunun aparıdığı monitorinqin ötən gün açıqlanan hesabatında efirdə ədəbi bilin normalarını pozan aparıcıların adları açıqlanıb. Həmin aparıcılar arasında Space televiziyasının “Plyus-minus” verilişinin aparıcısı Günel Hümbətova, ANS televiziyasının “Günə Baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu, ATV-nin “ATV Səhər” proqramının aparıcısı Turan İbrahimov da olub.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti