Təbrizdə ölən körpədən yeni xəbər var - Video
"Bizə bu gün konsulluqdan zəng vurub dedilər ki, məsələni həll etməyə çalışırlar. Konsulluqla yanaşı Təbriz Universiteti də köməklik edir. İnşaallah, yaxşı olar. Artıq Azərbaycandan imkanlı şəxslərin köməkliyi ilə pulun bir qismi hazırdır. Az bir hissəsi qalıb", - deyə uşağın dayısı vurğulayıb.
Xatırladaq ki, Azərbaycan vətəndaşı 9 aylıq Qorqud Dadaşzadə yanvarın 21-də günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. (Ans)







Vaxtında, Aydın, Lazımlı!


