DYP 20-dən çox sürücünü cərimələdi

DYP 20-dən çox sürücünü cərimələdi
  24 Yanvar 2016    Oxunub:1583
Avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər cərimələnib.
Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhərin küçə və prospektlərində, avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülərə qarşı reyd keçirib.

AzVision.az xəbər verir ki, Gəncə DYPŞ-dən Report-a bildirilib ki, reyd zamanı qaydaları pozan 20-dən artıq sürücü haqqında inzibatı qaydada cərimə tədbirləri görülüb.

Reydin keçirilməsində məqsəd ensiz yollarda tıxacın qarşısını almaqla yanaşı, ictimai nəqliyyat vasitələrinin sərbət şəkildə dayanacağa daxil olmasını təmin etməkdir.

Qeyd edək ki, İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsinə əsasən, bu kimi hallarla bağlı yol hərəkəti qaydalarını pozan sürücülərə 40 manat cərimə tətbiq olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti