Sabahın havası

Sabahın havası
  05 İyul 2013    Oxunub:1097
Sabah 29-34 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 06-da hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam Böyük və Kiçik Qafaqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlıq rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərh

İyul ayının 05-dən 09-dək respublikanın rayonlarında hava şəraitinin ötən günlərə nisbətən daha sabit olacağı ehtimal edilir. Yalnız Böyük Qafqazın dağlıq rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli leysan yağışların yağacağı ehtimalı var. Bu rayonlarda payızlıq taxılın biçini üçün şərait çətin olaraq qalır. Digər rayonlarda isə iyulun 06-dan başlayaraq hava şəraitinin isti, bəzi mərkəzi aran rayonlarda çox isti və yağıntısız olacağı gözlənilir. Belə hava şəraiti tarlalarda və bağlarda aqrotexniki işlərin aparılması üçün əsasən əlverişli olacaq.



Teqlər:





Xəbər lenti