Azərbaycan avtomobil idxalını xeyli azaldıb

Azərbaycan avtomobil idxalını xeyli azaldıb
  24 Yanvar 2016    Oxunub:2591
2015-ci ildə Azərbaycana 26 785 avtonəqliyyat vasitəsi idxal olunub. 2014-cü il bu göstərici 63 368 ədəd olub.
Bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, idxal edilən avtomobil nəqliyyat vasitələrinin 23 765 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ildə bu göstərici 57 615 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1 961 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ildə 5 054 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb. (trend)


Teqlər:





Xəbər lenti