Arif Quliyevin oğlunun maşını tapıldı

Arif Quliyevin oğlunun maşını tapıldı
  05 İyul 2013    Oxunub:3141
Avtomaşın qaçırmış Bakı şəhər sakini Sübhan Ələkbərov və İsmayıllı rayon sakini İsmayıl Şıxməmmədov tutulublar.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci PB və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da Rövşən Quliyevə məxsus “VAZ-21015” markalı avtomaşını qaçıran Bakı şəhər sakini Sübhan Ələkbərov və İsmayıllı rayon sakini İsmayıl Şıxməmmədov tutulmuşlar. İ.Şıxməmmədovdan 7,18 qram marixuana götürülüb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Bakı şəhər sakini Məhəmməd Babayev ilə birgə Pərviz Səlimova məxsus “VAZ-21140” markalı avtomaşından 9 ədəd səsgücləndirici, ehtiyat hissəsi və təkər oğurlamaları da müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev də tutulub.

S.Ələkbərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayının 25-də Cavid Qəriblinin mənzilindən pəncərədən girmək yolu ilə görüntü kamerası, qızıl əşyaları və spirtli içkiləri oğurlaması müəyyən edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti