Büdcədə neft 25 dollardan götürüləcək
Bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, dövlət büdcəsinə dəyişiklik ediləcək.
S. Şərifov buna səbəb kimi dünya bazarlarında neftin qiymətlərinin dəyişməsini göstərib.
Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsi təsdiq edilən zaman neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə tutulub.
AzVision.az
Teqlər: