İlham Əliyev Tovuza gedib

İlham Əliyev Tovuza gedib
  05 İyul 2013    Oxunub:1306
Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gedib
AzVision.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Dövlət başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

Prezident Tovuza səfəri çərçivəsində Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Şəhərin Azadlıq prospekti və Vağzal küçəsi asfalt-betonla örtülmüş, ayırıcı zolaq salınmış, yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Prospektin kənarında təbii qaya daşlarından və üzlük tavalardan istifadə olunmaqla dekorativ hasar inşa edilmişdir. Qovlar şəhərinin Vağzal və Şəhriyar küçələrində ictimai binaların, ticarət və xidmət obyektlərinin fasadları müasirləşdirilmiş və yeni layihələr əsasında obyektlər tikilib.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, sahəsi 5 hektar olan Qovlar şəhər mədəniyyət və istirahət parkında istinad divarları tikilmiş və bəzədilmişdir. Səkilərə 1000 kvadratmetrdən artıq tamet və 620 kvadratmetr qranit döşənmişdir. Parkda yeni layihə əsasında inşa edilmiş fəvvarə istirahət məkanına əlavə gözəllik verir. Burada Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən memorial kompleks daha uyğun yerdə bərpa edilərək ətrafı abadlaşdırılmışdır. İşıqlandırma və suvarma sistemlərinin yenidən qurulduğu parkda qazonlar salınmış, dekorativ ağac və gül kolları əkilib. Uşaqların istirahətinin səmərəli təşkili məqsədi ilə attraksionlar və digər əyləncə qurğuları quraşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev parkda görülmüş işləri yüksək qiymətləndirib.


Teqlər:  





Xəbər lenti