Neft 70 dollar olacaq - Proqnozu düz çıxan ekspert

Neft 70 dollar olacaq - Proqnozu düz çıxan ekspert
  25 Yanvar 2016    Oxunub:7770
2015-ci ildə ilk dəfə bir barelə görə neftin qiymətinin 25 dollara düşəcəyini bildirən nefttreyderi, “Andurand Capital” fondunun rəhbəri Pyer Andyuran yaxın iki ildə qiymətlərin kəskin artacağını proqnozlaşdırılıb.

Bu barədə AzVision.az “Bloomberg”-ə istinadən xəbər verir.

“Biz aşağı neft göstəricilərinin yüksək qiymətlərə əvəzləndiyi dünyada yaşayırıq. Hesab edirəm ki, qiymətlər dibə çatıb”, - deyə fond rəhbəri bildirib.

Pyer Andyuranın fikrincə, 2016-cı ildə neft qiymətləri bir barel üçün 50 dollar, 2017-ci ildə isə 70 dollar səviyyəsinə yüksələcək: “Eyni zamanda investorlar neft qiymətlərində kəskin dəyişikliklərə hazır olmalıdırlar”.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar artaraq 32,24 dollar təşkil edib.

Qeyd edək ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,02 dollar artaraq 32,20 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti