DESFA özəlləşdiriləcək

DESFA özəlləşdiriləcək
  25 Yanvar 2016    Oxunub:2852
Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən özəlləşdirilməsi ilə bağlı məsələlər demək olar ki, həll olunub.
AzVision.az xəbər verir ki, bu barədə “EurActiv” portalına müsahibəsində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç məlumat verib.


“Mən DESFA-nın özəlləşdirilməyə və SOCAR-ın investisiya yatırmağa hazır olduqlarını düşünürəm. Bu kimi investisiyalarda Komissiya həmişə bütün sahələrdə düzgün rəqabət olduğuna əmin olmaq üçün bazarın cari və gələcək vəziyyətinə baxır. Beləliklə də, əsas müzakirə mövzusu üsullar, nisbət, mülkiyyət və SOCAR-ın payı idi. Lakin demək olar ki, bu məsələ həll olunub. Hazırda danışıqlar davam edir və bu mərhələdə narahatlığa heç bir əsas yoxdur”.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66 faizinin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 milyon avro təklif edən SOCAR qalib gəlmişdi. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə etmiş və araşdırmalara başlamışdı. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17 faizini digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlamışdılar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti