Özil: “Ronaldo hər şey demək deyil”

Özil: “Ronaldo hər şey demək deyil”
  31 Yanvar 2013    Oxunub:2432
Kral klubunun yarımmüdafiəçisi bu gün İspaniya kubokunun yarımfinalında “Barselona”ya qarşı keçirəcəkləri 1/2 final oyunu haqda fikirlərini bölüşüb.
“Marca”ya müsahibəsində, türk əsilli oyunçu “Barsa”nı yalnız komanda oyunu hesabına udmağın mümkün olduğunu deyib. Özilin sözlərinə görə, belə oyunlarda təkcə Kriştiano Ronaldonun fərdi ustalığına bel bağlamaq düzgün deyil.

“Hamı Ronaldonun imkanlarına bələddir. Onun nəyə qadir olduğun haqqında danışmaq artıqdır. Amma Ronaldo “Real” üçün hər şey demək deyil. Bizim üçün ən əsası komanda oyununudur. Kimliyindən asılı olmayaraq, bir futbolçu təkbaşına heç nə edə bilməz. “Barselona”ya qalib gəlmək üçün bizə təkcə Ronaldo yox, kollektiv lazımdır. Yalnız bu halda uğur qazanmaq olar” – deyə Özil bildirib.


Teqlər:





Xəbər lenti