Şagirdi döyən müəllimin işinə məktəb baxacaq

Şagirdi döyən müəllimin işinə məktəb baxacaq
  25 Yanvar 2016    Oxunub:2747
Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb.
Bu barədə AzVision.az-ya Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, baş vermiş hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.

Pedaqoji Şuranın qəbul etdiyi qərarla bağlı əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti