Prezident Tovuzdan sonra Qazaxa səfər etdi

Prezident Tovuzdan sonra Qazaxa səfər etdi
  05 İyul 2013    Oxunub:1126
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuza səfərini başa çatdıraraq Qazax rayonuna gəlib.
AzVision.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanmış, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılıb. Qalan iki hektar sahə isə bu il abadlaşdırılmışdır. Burada sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılıb.


Teqlər:  





Xəbər lenti