Diaspor, yoxsa mafiya: ANCA-nın gizli sirrləri– DOSYE, ARAŞDIRMA

Diaspor, yoxsa mafiya: ANCA-nın gizli sirrləri– DOSYE, ARAŞDIRMA
  26 Yanvar 2016    Oxunub:15183
ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş istənilən addımın arxasında istisnasız olaraq ermənilərin, xüsusilə erməni lobbisinin və diaspor təşkilatlarının durduğu heç kimə sirr deyil. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir.

Bu təşkilat 1941-ci ildə ANCA adlanmağa başlayıb, ona qədər Ermənistanın Müstəqilliyi Naminə Amerika Komitəsi idi. ANCA-nın rəsmi internet səhifəsində “Azərbaycana qarşı sanksiyalara dəstək ol” başlıqlı təlimat tipli yazı yerləşdirilib. Təlimat-yazıda ABŞ Nümayəndələr Palatasının Nyu Cersidən seçilmiş ermənipərəst üzvü və Helsinki Komissiyasının sədri Kris Smitin Azərbaycanın əleyhinə yönəlmiş əsassız və absurd qətnaməsinə dəstək verilməsi istənilir. Həmçinin ABŞ-dakı ermənilərdən xahiş olunur ki, səs verdikləri konqresmenlərə bu layihəni dəstəkləmələri üçün təkid məktubu göndərsinlər.

Maraqlıdır ki, ANCA-nin fəaliyyəti dövründə erməni məsələsi və Ermənistanla bu və ya digər şəkildə bağlılığı olmayan qətnamə layihəsinin təşviqi təcrübəsinə rast gəlinməyib. Elə isə, Azərbaycan ictimaiyyətinə az tanınan və ölkə mətbuatında adı demək olar ki, çəkilməyən bu ANCA nədir?



ABŞ-da erməni diasporunun yaratdığı və ya ermənilərə yaxınlığı ilə seçilən yüzlərlə təşkilatın ən tanınmışı və güclüsü ANCA hesab olunur. Bütün hədəflərini Azərbaycan və Türkiyə əleyhinə quran, bunun üçün hətta kriminal fəaliyyətdən belə çəkinməyən bu təşkilatın rəhbərlərinin terrorçuluq fəaliyyəti və onu dəstəkləməsi rəsmi orqanlar tərəfindən dəfələrlə təsdiqlənsə də, belə ağır cinayətdə ittiham olunan şəxslərlə güclü əlaqələr bu günə qədər qorunub saxlanılıb.

Tarixə kiçik ekskursiya edək: 1982-ci ildə Türkiyənin Filadelfiya və Pensilivaniyadakı Baş konsulluqlarını partlatmağa cəhd göstərdiklərinə görə Erməni İnqilab Federasiyasının terrorçu qrupu olan və “LA Five” (Beşlik) kimi tanınan “Erməni Genosidinin Ədalətli Döyüşçüləri”nin beş erməni üzvü həbs olundu. Cinayət əməllərinin tam sübutu və həbs olunmalarına baxmayaraq, ANCA bu cinayətkarları maliyyələşdirmək, rəhbər vəzifələrə təyin etməkdə davam etməklə onlarla sıx bağlantılarını qoruyub saxlayırdı. 1982-ci ildə həbs olunanlar – Karniq Sarkisyan, Viken Yakubiyan, Viken Hovsepyan, Viken Yakubyan və Stiven Con Dadayan idi.

Beləliklə,
- Dadayan hazırda ANCA-nın Qərb Bölgəsi üzrə Şurasının məsləhətçisi, həmçinin 2012-ci ildən xəzinədarıdır;

- Hovsepyan və Yakubyan Erməni Mədəniyyət Fondunun qərbi ABŞ üzrə Şura üzvləridir. Sözügedən Fond 2012-ci ildə ANCA İanə Fondundan 200000 dollar yardım alıb. Yakubyan həmçinin, 2015-ci ildə Erməni İnqilab Federasiyası Bürosuna üzv seçilib;

- Hovsepyanın arvadı Nora hazırda ANCA-nın Qərb regionu üzrə bölməsinin prezidenti, Topalyan isə həmin təşkilatın şurasının məsləhətçisidir.

Sonralar, 1999-cu ildə ANCA-nın sədri Murad Topalyanın “LA Five” qrupuna kömək etməsi, eləcə də Nyu-York, Anaheim, Kaliforniya və Beverli Hils şəhərlərindəki partlayışlar da daxil olmaqla müxtəlif terror hücumlarının təşkilində və silah istehsal edən zavodlardan soyğunçuluqda, qeyri-qanuni silah alqı-satqısında iştirakı ABŞ rəsmiləri tərəfindən tam sübuta yetirildi.

Topalyan həmçinin, Erməni Gənclər Federasiyasının Franklin və Masaçusetdə yerləşən Hayastan Düşərgəsini terrorçuların təlim yerinə çevirmiş, müxtəlif silahlardan və partlayıcılardan istifadə etməklə Türk rəsmilərinə qarşı hücumlar təşkil edib.

2001-ci ildə Topalyanın evində və avtomobillərində aparılmış axtarış zamanı külli miqdarda silah və partlayıcı maddələr aşkar edildikdən sonra o, 3 illik həbs olundu. Bununla belə, ANCA “LA Five”-ın üzvlərinin həbsində Federal Tədqiqatlar Bürosunu ittiham etdi və bunu “türklərin ermənilərə qarşı çirkin əməli” kimi qiymətləndirdi.

Bundan sonra ANCA Topalyanın azad olunması üçün müxtəlif ictimai dəstək kampaniyalarına başladı. Hətta ANCA-nın Qərb Regionu üzrə bölməsi Topalyanın həbsini “Erməni milləti naminə ədalətin amansız tətibi” kimi qiymətləndirdi və ona mükafat verdi. Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edən ANCA eyni zamanda anti Amerika təşkilatı olan Erməni İnqilab Federasiyası (EİF) ilə də sıx ittifaqdadır.

Baş qərargahı Vaşinqtonda yerləşən və ermənilərin əsas təsirli təşkilatı olan ANCA-nın anti-kapitalist və inqilabi platformaya malik sosialist yönümlü EİF ilə güclü əlaqələri var:
- EİF-in Şərqi ABŞ üzrə bölməsinin qərargahı və ANCA Şərq Regionu İanə Fondu eyni binada yerləşir;
- EİF-in Qərbi ABŞ üzrə bölməsi qərargahı və ANCA Qərb Regionu ofisi eyni binada yerləşir;
- EİF-in Şərq Regionu Mərkəzi Komitəsinin hər bir üzvü ANCA Şərq Regionu İanə Fondunun Direktorlar Şurasının üzvüdür;
- EİF-in Şərq Regionu Mərkəzi Komitəsinin sədri Riçard Sarajyan bu yaxınlara kimi ANCA Direktorlar Şurasının üzvü olub. O, bu iki qurumu “bacı təşkilatlar” adlandırır;
- Keçmiş ANCA Şura üzvü Corc Agcayan həmçinin, EİF-in Mərkəzi-Şərqi regional komitəsinin üzvü olub.




ANCA lobbi təşkilatı kimi nə Senat, nə də Ağ Evdə qeydiyyatdan keçməsə də, mütəmadi olaraq Dağlıq Qarabağ, “erməni genosidi” və ABŞ-ın Azərbaycana səfir təyinatı məsələlərində lobbiçilik edib. Təşkilat həmçinin, təhsil layihələrini maliyyələşdirir, təqaüdlər verir. ANCA “İcma Yardımı Proqramı” çərçivəsində Dağlıq Qarabağ münaqişəsi də daxil bir sıra məsələlərə dair fəallar və xarici siyasətlə məşğul olan şəxsləri “xəbərlər və analizlərlə” təchiz etmək üçün 2013-cü ildə 199.580, 2012-ci ildə 176.283, 2011-ci ildə 165.899 dollar sərf etmişdir. ANCA-nın əməkdaşlıq etdiyi şəxslər arasında həm rəsmi şəxsləri, həm də kriminal aləmin üzvlərini görmək olar.

Sergey Sarkisov: 2013-cü ildə Ermənistanın Los Ancelesdəki Baş konsulu təyin olunan Sergey Sarkisov Dağlıq Qarabaqda dağ-mədən sənayesinə sərmayə yatırıb. Onun sərvətinin 1.1 milyard dollar olduğu bildirilir. O, həmçinin Dağlıq Qarabağda qızıl və mis yataqlarının kəşfiyyatına da sərmaye qoymuşdur. Sarkisov rus sığorta şirkəti olan RESO-Qarantiyanın təsisçisidir.

Armen Kazaryan: Erməni mafiyasının Xaç Atası adlandırılan bu şəxs ANCA-ın əsas donorlarından biridir. 2010-cu ilin oktyabr ayında onun rəhbərlik etdiyi 73 nəfərdən ibarət erməni-amerikalı cinayətkar qrupun üzvləri 163 milyon dollar dəyəri olan saxta tibbi sığorta qaimələri təqdim etməklə sığorta şirkətlərinə külli miqdarda ziyan vurması istintaq orqanları tərəfindən sübuta yetirilib.

Kirk Kerkorian: 4 milyard sərvəti olan 97 yaşlı bu şəxs erməni məsələlərinə görə indiyə kimi 1 milyardından artıq vəsait xərcləyib. O, hazırda erməni genosidindən bəhs edən filimi maliyyələşdir.

Frank Melkonian: ANCA-nın Vaşinqtondakı 4 mərtəbəli yeni milli qərargahının alınmasını maliyyələşdirən şəxslərdən biridir.

Yuxarıda yazılan faktlar erməni diasporasının ABŞ-dakı fəaliyyətinin çox kiçik bir hissəsini təşkil edir. Belə güclü təşkilatlanmış diasporanın dünyanın əksər ölkələrində istər lobbiçilik, istərsə də kriminal fəaliyyətini nəzərə alsaq, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının işinin necə məsuliyyətli və çətin olduğunu görmüş olarıq.

AzVision.az-ın Analitik Qrupu


Teqlər:  





Xəbər lenti