İranda ölən Qorqud dəfn olundu - VİDEO
Qorqudun babası Siyasət Quliyev İranda xəstəxanada üzləşdiyi problemlərdən də söz açıb: “Gözlənilmədən xəstəxananın rəhbərliyi müalicə xərcləri üçün 15 min 500 manat pul istədi. Lazım olan məbləğ Bakıda adının çəkilməyini istəməyən bir şəxsin köməkliyi ilə ödəndi”.
10 aylıq Qorqud Dadaşzadə yanvarın 21-də günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Adıçəkilən xəstəxananın uşağın cənazəsini borca görə yaxınlarına vermədiyi barədə məlumat yayılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


