Rövnəq Abdullayev Türkiyədədir
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.
SOCAR prezidenti R.Abdullayev Türkiyəyə səfəri çərçivəsində Transanadolu qaz boru kəməri - TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib.
İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub. Layihənin hazırkı statusu və işlərin gedişatı haqqında məlumat dinlənilib. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət planauyğun surətdə uğurla davam etdirilir. 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib.
İclasda layihənin operatoru olaraq SOCAR-ın fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, operator və tərəfdaş şirkətlər 2016-cı ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində qüvvələri səfərbər edəcək və kəmərin vaxtında tikilib başa çatdırılması üçün lazım gələn bütün tədbirləri həyata keçirəcəklər.
AzVision.az