Arzu Əliyevanın “Əbədi ezamiyyət” filmi - VİDEO

Arzu Əliyevanın “Əbədi ezamiyyət” filmi - VİDEO
  28 Yanvar 2016    Oxunub:7915
Xəbər verdiyimiz kimi, yanvarın 22-də Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi keçirilib.

Film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanıb.

“Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin kəşməkəşli taleyindən bəhs edir.

Filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparılıb, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşlər və söhbətlər lentə alınıb.

“Əbədi ezamiyyət” sənədli filminin baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur.

“Əbədi ezamiyyət” filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və “National Geographic” kanalı ilə 26 ölkədə nümayiş olunub.

AzVision.az oxuculara “Əbədi ezamiyyət” sənədli filminin tam versiyasını təqdim edir:




Teqlər:  





Xəbər lenti