General naziri təkzib etdi - 4 milyard borc alınacaq
AzVision.az xəbər verir ki, bunu komitə sədrinin birinci müavini Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hökumətlə danışıqlar aparılır: “Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur”.
O əlavə edib ki, Dövlət Gömrük Komitəsi hökumətə gömrük rüsumlarının artırılması ilə bağlı müraciət edib: “Lakin bu, qiymətlərin artırılması üçün verilən qərar deyil”.
S.Mehdiyev Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar apardığını təsdiq edib.
Xatırladaq ki, dünən maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını bəyan etmişdi.
AzVision.az