Azərbaycan 4 milyard borc alacaq - Komitə sədri
Komitə sədrinin sözlərinə görə, hazırda bununla bağlı hökümətlə qurum rəsmiləri arasında danışıqlar gedir, nəticələr yaxın vaxtlarda məlum olacaq.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar apardığını təsdiq edib.
Maliyyə naziri Samir Şərifov isə ötən gün verdiyi açıqlamada Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını bildirib.
Anar Kəlbiyev