Azərbaycan xaricdən borc almayacaq - Prezident
AzVision.az xəbər verir ki, bunu yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.
Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Öz növbəsində maliyyə naziri Samir Şərifov da xəbəri təkzib etmişdi :”Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından (DB) ümumilikdə 4 milyard dollarlıq təcili yardım paketi almasından söhbət gedə bilməz. Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, “Financial Times” qəzeti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ucuz neft qiymətləri ilə mübarizə aparan Azərbaycana 4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirdiyini yazmışdı. Xəbərdə həmçinin bu iki iri maliyyə institutundan savayı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər qurumların da Bakıya nümayəndələrini göndərəcəyi qeyd edilib.