“Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar”

“Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar”
  29 Yanvar 2016    Oxunub:2658
Azərbaycan Respublikasının millətlərarası, məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Nardaran ziyalıları və məktəbliləri ilə görüş keçirib.
Nardaranda “Bilik evi”nin açılmasının əhəmiyyətindən, “qardaşlaşmış məktəblər” layihəsində Nardaran məktəblilərinin iştirakından söz açan K. Abdullayev bildirib ki, Azərbaycanda bütün dini etiqadlara bərabər və tolerant münasibət var. Onun sözlərinə görə, bu, Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir.

K.Abdullayev deyib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Dağlıq Qarabağda ermənilər də yaşayacaqlar: “Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ortaya atan ermənilərə söyürlər. Onlar Azərbaycan vətəndaşı və oranın sakinləri olacaqlar. Biz onlara Azərbaycan vətəndaşı kimi baxmalıyıq. Bizdə "ermənidir, öldür" anlayışı ola bilməz”.

AzVision.az


Teqlər:






Xəbər lenti