Bu deputatlar iki komitəyə üzv oldular

Bu deputatlar iki komitəyə üzv oldular
  29 Yanvar 2016    Oxunub:3091
Millət vəkilləri Musa Quliyevlə Sevinc Hüseynova yenidən Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinə qayıdırlar.
AzVision.az xəbər verir ki, MM-in reqlamentinə edilmiş son dəyişiklikdən sonra bir millət vəkilinin iki komitədə üzv olması mümkün olub.

Hazırda Səhiyyə komitəsinin üzvü olan M. Quliyevlə S.Hüseynova ikinci komitədə, daha doğrusu, əvvəllər üzv olduqları Əmək və sosial siyasət komitəsində fəaliyyətlərini davam etdirəcəklər.

Bu, hər iki millət vəkilinin özünün istəyi ilə baş verib.

Eyni zamanda, əvvəllər Əmək və sosial siyasət komitəsinin, hazırda da Səhiyyə komitəsinin üzvü olan Məlahət İbrahimqızı isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində fəaliyyət göstərəcək.

Bu barədə deputat özü məlumat verib və qeyd edib ki, Səhiyyə komitəsi ilə yanaşı, həm də özünü adıçəkilən komitədə sınamaq istəyir.

Anar Kəlbiyev


Teqlər:  






Xəbər lenti