Milli Şura Konqresə çağırılıbmı?!
“Belə bir şey olsa biləcəksiz. Əvvəlcədən danışmaq düzgün olmaz” - deyə partiya sədri vurğulayıb.
Milli Şuranın təşəbbüskarlarından olan Eldəniz Quliyev isə bildirib ki, bu barədə danışıqlar gedir, konkret heç bir şey məlum deyil: “Düşünürəm ki, bu, qəsdən düşünülüb, yayılmış dezinofmasiyadır. Amma Milli Şuranın gələcək planında təkcə Amerikaya deyil, bəzi Avropa ölkələrinə səfərlər gözlənilir”.
Erkin Qədirli və Emin Millinin səfərinə gəlincə isə E. Bildirib ki, onların səfəri Milli Şura yaranmadan planlaşdırılıb.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, iyulun 16-da ABŞ Konqresində Azərbaycanda seçki qabağı durum, həbslər və başqa problemlərlə bağlı keçiriləcək dinləmələrə Milli Şuranın rəhbərliyi də dəvət olunub. Rüstəm İbrahimbəyovun, Eldar Namazovun, İsa Qəmbərin və Mirmahmud Mirəlioğlunun Vaşinqtona səfər edəcəyi, orada ABŞ siyasi elitasının nümayəndələri ilə görüşlər keçirəcəyi bildirilir.
Ancaq diplomatik mənbələrin məlumatına görə, bu barədə xəbərlər həddindən artıq şişirdilib. Milli Şura rəhbərlərindən heç kim dinləmələrə dəvət almayıb.
Məlumatda o da vurğulanır ki, yalnız Şuranın üzvü, gənc blogger Emin Milliyə və REAL Vətəndaş Hərəkatının Məclis sədri Erkin Qədirliyə rəsmi dəvət gəlib.
Fatimə KƏRİMLİ