“NBC Bank”ın lisenziyası niyə qaytarıldı?

“NBC Bank”ın lisenziyası niyə qaytarıldı?
  02 Fevral 2016    Oxunub:4366
Bir neçə gün öncə lisenziyası alınan NBC Bank sabahdan fəaliyyətini bərpa edəcək.
Mərkəzi Bankdan AzVision.az-a daxil olan məlumatda sözügedən bankın yenidən işə başlamağının səbəbləri göstərilib. Həmin məlumatı olduğu kimi təqdim edirik:

““NBCBank” ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib. Bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib. Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş ödhəliklərin icrasına başlanılıb.

Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə, “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib.

Onu da bildiririk ki, konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti