“BakuBus”un avtobuslarına sürət limiti qoyuldu

“BakuBus”un avtobuslarına sürət limiti qoyuldu
  03 Fevral 2016    Oxunub:2280
“Sərnişindaşımada təhlükəsiz xidməti əsas götürdüyümüz üçün “BakuBus”a məxsus avtobuslarda daxili mexaniklərimiz tərəfindən tənzimləmələrdə sürət həddi 50km/saat olaraq nizamlanır və sürücü bu limiti dəyişmə imkanına malik deyil”.

AzVision.az-ın məlumatına görə, bu barədə “BakuBus”un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

N.Allahyarova qeyd edib ki, hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində aşıla bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür.

AzVision.az



Teqlər:





Xəbər lenti