AMEA işçi axtarır

AMEA işçi axtarır
  03 Fevral 2016    Oxunub:2060
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib.

AzVision.az-ın məlumatına görə, institut Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinə şöbə müdiri (1yer), böyük elmi işçi (1yer), Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinə şöbə müdiri (1yer), Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi üzrə şöbə müdiri (1yer), aparıcı elmi işçi (1yer), Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinə baş elmi işçi (1yer), Ədəbi tənqid şöbəsi üzrə aparıcı elmi işçi (1yer), böyük elmi işçi (1yer), Mətbuat və publisistika şöbəsi üzrə aparıcı elmi işçi (1yer), Türk xalqları ədəbiyyatı şöbəsi üzrə böyük elmi işçi (1yer), Dünya ədəbiyyatı və komparativistika şöbəsi üzrə şöbə müdiri vəzifəsinə (1yer) işçilər axtarır.

Müsabiqədə iştirak etmək istəyən mütəxəssislər sənədlərini müsabiqənin müvafiq tələblərinə uyğun olaraq 1 ay müddətində instituta təqdim etməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti