Sabahın havası

Sabahın havası
  07 İyul 2013    Oxunub:1357
Sabah Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək. Temperatur gecə 20-23°, gündüz 30-35° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Temperatur gecə 17-22°, gündüz 33-38° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 21-26° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Temperatur gecə 18-23°, gündüz 31-36° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir. Temperatur gecə 19-24°, gündüz 34-39° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacaq.



Teqlər:





Xəbər lenti