Azərbaycanda 80 min manata mobil nömrə satılır

Azərbaycanda 80 min manata mobil nömrə satılır
  03 Fevral 2016    Oxunub:10278
Azərbaycanda 80 000 manata “zerkalnı” nömrə satışa çıxarılıb. Ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü mobil telefon nömrəsi Azərcell mobeil operatoruna məxsusdur.
AzVision.az xəbər verir ki, bununla bağlı elan Tap.az saytında yerləşdirilib.

Qaya Əliyev adlı istifadəçi elanda qeyd edib ki, 050-777-77-77 mobil telefon nömrəsini 80 000 manata satır. O bildirib ki, bu, son qiymətdir.

Qeyd edək ki, “zerkalnı” mobil telefon nömrələri daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.

AzVision.az


Teqlər:  





Xəbər lenti