`Hacı Məmmədovun məndə elə şəkilləri var ki...` - İlhamə Quliyeva

`Hacı Məmmədovun məndə elə şəkilləri var ki...` - İlhamə Quliyeva
  04 Fevral 2016    Oxunub:43973
Hacı Məmmədov şəklimi “Qarabulaq”ın girişində qoyub, məni reklam edirdi
Xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımovanın onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib.

AzVision.az-a açıqlama verən İ.Quliyeva hazırda həbsdə olan Daxili İşlər Nazirlyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovla münasibətlərinə aydınlıq gətirib.

“Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun “qara işləri”ndən bizim xəbərimiz yox idi. Mən anamı “Qarabulaq”a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi “Qarabulaq”ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki?

Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib dedim ki, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim”.

İ.Quliyeva soyadını dəyişib “Qarabulaqlı” qoyması məsələsinə də aydınlıq gətirib: “Aygün deyir ki, İlhamə “Qarabulaqlı” soyadını daşıyıb. Yalan deyir. Mən heç vaxt Quliyeva soyadını dəyişməmişəm. Ailə həyatı quranda Mirmövsümova soyadını götürmüşəm. Hacı sənətimin vurğunu olub. Mənim onunla başqa nə işim olacaq ki? Onun iki həyat yoldaşı var idi, ikisi ilə də dostluq edirdim. Biz hardan bilərdik ki, o belə işlərlə məşğul olur. Ona görə də Aygünün dedikləri vecimə deyil.

Sizə bir faktı deyim ki, Hacı Məmmədova cinayət işi açılanda məndən başqa bütün müğənniləri MTN-ə çağırıb dindirirdilər. Ancaq məni çağırmadılar. Çünki mən “Qurabulaq” anamlə gedirdim, tək getmirdim”.

Xalq artisti oğlunun narkoman olması haqda deyilənləri də yalanlayıb: “Orxanın həbs olunması və narkotikdən istifadə etməsinə gəlincə, oğlum 10 gün bundan qabaq Ukraynaya uçurdu. Biletində problem olub. Belə ki, biletini səhvən başqa tarixə yazmışdılar. Ona görə də hava limanından geri qaytardılar. Oğlum narkoman deyil. O, psixotrop maddələr istifadə etsə, mənim ürəyim partlayar

Aygün deyir ki, İlhamə anasını döyüb. Adam anasını döyər? Aygünü heç vaxt bağışlamayacağam. Onu məhkəməyə vermişəm. Aygün Kazımova öz anasının qeydinə qalsın”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti