Seçkidən sonra Azərbaycan-İran münasibətləri – TƏHLİL

Seçkidən sonra Azərbaycan-İran münasibətləri – TƏHLİL
  07 İyul 2013    Oxunub:2567
İrandakı prezident seçkiləri Mahmud Əhmədinecatın siyasi ömrünü başa vurdu. İslahatçıların təmsilçisi S.Ruhani prezident seçildi. Seçki dövründə baş verənlər Azərbaycanla İranın bir-birinə münasibətlərinin dəyişmədiyini göstərdi.

Azərbaycan İrana doğru müsbət addımlarını davam etdiribr. Mikayıl Kazımi İran tərəfinin xahişi ilə həbsdən azad edildi. M.Kazimi Ərdəbil Ostanının sərgi təşkilatçılığında mühafizəçi kimi çalışırdı. Azərbaycana keçərkən tapançasını təhvil verir, silah darağını isə təhvil vermir: guya unudur, cibində qalır. Azərbaycan sərhədçiləri onda silah darağını müəyyənləşdirir və onu 3 il yarıma həbs edirlər. M.Kazıminin unudaraq silah darağını cibində saxlaması İranın cəfəngiyyatıdır. İran tərəfi həmin müddətdə Azərbaycanla sərhəddə müəyyən diversiyalar təşkil etməklə Azərbacyan sərhədçilərini nüfuzdan salmağa, bacarıqsız olduqlarını nümayiş etdirməyə cəhd edirdi. Formal və ya şübhəli mühafizəçi M.Kazıminin də sərhədçilərimizi aldatmaqla silah darağını keçirməsi də bu məqsədə xidmət edirdi.

İranın ali dini lideri S.Ə.Xamneyinin Ərdəbil Ostanlığı üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi S.H.Amili İranda narkotranzitə görə Azərbaycan MTN-ni və DSX-nı hədəfə almış, hər möizəsində sözügedən iki strukturu şərləyirdi. Belə vəziyyətdə İran məmurları üçün Azərbaycanın sərhədçilərinin bacarıqsızlığını üzə çıxarmaq “şərəf işi”nə çevrilmişdi. Azərbaycan sərhədçilərinin yüksək səviyyəsi İran məmurlarının şərəflənməsinə imkan vermədi. Biləsuvarda biri hətta ölümlə nəticələnən bir neçə sərhəd insidentini İran tərəfindən təşkil edilməsinə baxmayaraq, İrana lazım olan effekti əldə olunmadı. O cümlədən M.Kazımi hadisəsi də İran üçün faydalı olanla nəticələnmədi. Bacarıqlı Azərbaycan sərhədçisi İran vətəndaşına silah darağını keçirmək imkanı verməməklə sübut etdi ki, Azərbaycan sərhədçisi İranın bütün təkbaşına və kombinə olunmuş hiylələrinin qarşısını almağa qadirdir.

Azərbaycan Prezidenti İranın yeni seçilmiş prezidenti H.Ruhanini ilk təbrik edənlərdən oldu. Xüsusi diqqətlə izlədiyimiz məsələlərdən biri Ermənistan və Azərbaycan Prezidentinin İran prezidentini təbrik etmələrinin vaxtı idi: Ermənistan Azərbaycandan sonra təbrik etdi. İranın yeni seçilən prezidenti təbriklərə minnətdarlıq edərkən Ermənistan prezidentinə cavab göndərsə də, Azərbaycan Prezidentinin təbrikinə heç bir cavab göndərilməyib. Üç mümkün variant var:
a) İran XİN Prezidentin təbrik məktubunu seçilmiş prezidentə çatdırmayıb;
b) S.H.Ruhani də Əhmədinecadın erməni siyasətini davam etdirəcək;
c) S.H. Ruhaninin cavabını İran XİN-i Azərbaycan tərəfinə çatdırmayıb.

İranın indiki xarici işlər naziri Ə.Salehi vəzifəyə oturarkən ilk görüşdüyü həmkarı Ermənsitanın xarici işlər naziri E.Nalbandiyan oldu. Ümumiyyətlə, Mahmud Əhmədinecadı İrana yox, Ermənistana işləyən prezident adlandırmaq daha düzgün olardı.

M.Əhmədinecad ermənilər qarşısında götürdüyü yalnız bir -Azərbaycanda İranın 5-ci kolonunu yaratmaq öhdəliyini yerinə yetirə bilmədi. Əgər M.Əhmədinecadın dövründə iranpərəst qüvvələr Azərbaycanda güclənsəydi, Dağlıq Qarabağla bağlı proseslərin inkişaf dinamikası indikindən əks istiqamətdə baş verəcəkdi. Hal-hazırda Qarabağ tənzimləməsində inkişaf dinamikası düzgün istiqamətdədir: İran və Ermənistan zəifləyir, Azərbaycan güclənir.

İranın XİN-i yeni prezidentin Azərbaycanla münasibətlərinə xələl gətirmək üçün Həsən Ruhani adından iki dəfə “İranın 15 qonşusu” termini işlədib. İranın cəmi 13 qonşusu var; yalnız Dağlıq Qarabağ və Naxçıvan müstəqil dövlət kimi qəbul olunduqda, İranın qonşularının sayı 15-ə çatır.

İmam Xomeyni adına “İmdad” Komitəsinin fəaliyyətinin yenidən bərpa edilməsi İranın Azərbaycanla cari münasibətlərində ən çox diqqət verdiyi məsələlərdəndir. Seçki dövründə rəsmi Tehran bu adla Azərbaycandakı müəyyən prosesləri, şəxsləri və təşkilatları maliyyələşdirmək istəyir. Ehtimal ki, Milli Şura İrana məxsusdur. İran mətbuatı Milli Şuranın tərkibi, fəaliyyəti ilə bağlı aydın göstərişlər verir. Milli Şuranın tərkibi də onun İranla bağlı olmasını əsaslandırır. Azərbaycanda seçki koalisiyaları çox olsa da, heç bir koalisiyanın tərkibində İrana bağlı bu qədər şəxs olmayıb. Eləcə də heç zaman dindarlar siyasi prosesə indiki qədər aktiv qoşulmayıblar. Həbsxanada olan dindar prezident köməkçisi səviyyəsində olan siyasətçiyə təlimat göndərir. Prezident köməkçisi səviyyəsində olan siyasətçilər həmin təlimata uyğun hərəkət edirlər. Azərbaycanın ictimai-siyasi həyatı üçün bu nonsensdir. Milli Şura rəhbərliyində olanların Moskva ilə əlaqələri ola bilsin, çaşdırıcı faktordur. Mümkündür ki, Moskvada İran və ya Gürcüstandan olan şəxslərlə görüşlər keçirilsin.

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti, onun əlaqədə olduğu bütün təşkilatlarla bağlı ən gizli məlumatları ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi Bakıya təqdim edib. Seyid Həsən Ruhanini Azərbaycanla siyasəti o zaman uğurlu ola bilər ki, İranın Azərbaycanda maliyyələşdirdiyi bütün strukturların adını açıqlasın.

Qafqaz Müsəlmanları İdarəsinin başçısı, Şeyxülislam H.A.Paşazadə İranın yeni prezidenti S.H.Ruhanini təbrik etdi. Onun da təbriki cavabsız qalıb. İranın Dağlıq Qarabağ məsələsində mövqeyinin dəyişilməsi Azərbaycanın gücünün artmasına görədir. İranda indi Dağlıq Qarabağ məsələsində mövqelərini dəyişirlər ki, gələcəkdə guya Azərbaycana Dağlıq Qarabağ məsələsində kömək etdiklərini sübut edə bilsinlər.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) analitik hesabatından xüsusi olaraq AzVison.az üçün


Teqlər:  





Xəbər lenti