Xəzərdə “Qran-Pri” yarışı – FOTOLAR

Xəzərdə “Qran-Pri” yarışı – FOTOLAR
  08 İyul 2013    Oxunub:1700
Bu gün Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) “Grand Prix–2013” turniri çərçivəsində əsas yarış keçirilib.
Əvvəlcə Xəzər dənizində məşq prosesi olub. Hazırlıqda 11 ölkədən 20 pilot iştirak edib. Hazırlıq zamanı pilotlar müxtəlif nümunəvi çıxışlar etmiş, həmçinin sürət şousu göstəriblər.

Sonra yarışa start verilib. Pilotlar 45 dəqiqə ərzində müəyyən olunmuş marşrut üzrə dövrə vurublar. Yarış zamanı İsveç klubları – “Bimba Racing”in üzvü Bimba Sjöholm və “AJO”nun pilotu Tobis Soderling idarəetməni itirərək qayıqlarını aşırıblar. Hər iki idmançı yarışdan kənarlaşdırılıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İsveçin “Getel Racing” komandasının pilotu Erik Stark fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Azərbaycan” komandasının üzvü Cohan Andersson ikinci, Latviyanın “Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə üçüncü olublar.

Turnirdə Azərbaycan ilə yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da birincilik uğrunda mübarizə aparıblar.

Qalereya




Teqlər:  





Xəbər lenti