İdmançılara qeyri-adi sürpriz - VİDEO

  21 Fevral 2013    Oxunub : 635
İdmançılara qeyri-adi sürpriz - VİDEO
Anadolu Efes basketbol klubunun oyunçuları özləri də bilmədən komandanın yeni reklam filmində rol alıblar.
Ötən il azarkeşləri üçün kamera qarşısına keçən və Duman qrupunun “Senden daha güzel” mahnısını səsləndirən Anadolu Efes idman klubunun oyunçuları bir neçə gün maraqlı sürprizlə qarşılaşıb. Komanda üzvləri özləri də bilmədən klubun yeni reklam çarxında yer alıblar. Bu dəfə azarkeşlər onlar üçün “Senden daha güzel” mahnısını səsləndirib.
750 nəfərin iştirak etdiyi reklam çarxı Sabancı Universitetinin akt zalına yerləşdirilmiş 15 gizli kamera tərəfindən çəkilib.



Teqlər: