113 saylı marşrut aşıb: 8 yaralı

113 saylı marşrut aşıb: 8 yaralı
  08 İyul 2013    Oxunub:2132
Bu gün səhər saatlarında Suraxanı rayonunda 113 saylı avtobus marşrutunun aşması nəticəsində 8 nəfər yaralanıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Apa-ya açıqlamasında deyib ki, yaralılardan 7-nin vəziyyəti orta-ağırdır və onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bir yaralıya isə hadisə yerində tibbi yardım göstərilib. Qəzada ölən olmayıb.




Teqlər:  





Xəbər lenti