Salyanlılara “ASAN Xidmət”

Salyanlılara “ASAN Xidmət”
  08 İyul 2013    Oxunub:1379
Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində isə Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

AzVision.az-ın məlumatına görə, iyulun 6-dan 20-nə qədər Salyan və Neftçala rayonlarının ümumi sayı 200000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Salyan rayonunda yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilir. Şimal istiqamətində avtobuslar İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Lənkəran, Masallı və digərlərinə səfər edəcək.


Teqlər:  





Xəbər lenti