Deputat Barrozo ilə Qarabağdan danışıb
Millət vəkili Q.Paşayeva Avropa təşkilatlarının münaqişənin həllindəki ikili standartları və qeyri-obyektivliklərinin narahatverici olduğunu da diqqətə çatdırıb. Bölgədə vəziyyətin Rusiya-Ukrayna müharibəsi, Səudiyyə Ərəbistanı-İran münasibətlərinin gərginləşməsi, Suriya və İraqda yaşanan savaşlar,acı hadisələr nəticəsində köçkün düşən insanların üzləşdiyi problemlərlə daha da gərginləşdiyini deyən Avropa Komissiyasının sabiq sədri Xose Manuel Barrozo Dağlıq Qarabağ münaqişəsinin həllinin və bütün bölgədə sabitliyin yaranmasının vacib olduğunu diqqətə çatdıraraq Avropa Komissiyasına rəhbərliyi dövründə Azərbaycanla əməkdaşlığın inkişafı istiqamətində ciddi addımlar atıldığını deyib.
Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərinə toxunan Barrozo Azərbaycan Avropa üçün çox mühüm tərəfdaşdır, özəlliklə enerji sahəsində qurulan etibarlı tərəfdaşlıq çox önəmlidir deyib və əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb.
Geniş və maraqlı mövzular ətrafında fikir mübadiləsinin sonunda millət vəkili Q.Paşayeva Avropa Komissiyasının sabiq sədri Xose Manuel Barrozoya Azərbaycan həqiqətləri ilə bağlı materialları hədiyyə edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


