Bəzi siqaretlərin qiyməti ucuzlaşdı

Bəzi siqaretlərin qiyməti ucuzlaşdı
  08 Fevral 2016    Oxunub:2299
Bu gün səhər saatlarından başlayaraq bəzi tütün məmulatlarının satış qiyməti ucuzlaşıb.
AzVision.az xəbər verir ki, ucuzlaşma ən çox satılan siqaretlərin qiymətində qeydə alınıb. Belə ki, "Whinston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.

Qeyd edək ki, "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.

Sonuncu dəfə yanvar ayının 8-də siqaret bahalaşıb. Mağazalarda satılan siqaretlərin satış qiymətlərindəki artım təxminən 20%-ə qədər müşahidə olunub.




Teqlər:






Xəbər lenti