Yetmişində yetişməyən Rüstəm

  08 İyul 2013    Oxunub : 528
Yetmişində yetişməyən Rüstəm
Etibar Hüseynov

“Mənim Bakıya gəlməyimi tələb edənlər ya provakatordur, ya da siyasi ağlı dayaz olan birisi. Bakıya gələndən sonra belə sözləri deyən və ya yazanların ağzından vuracağam”. Nə qədər qəribə olsa da, həmin bu sozləri deyən yoldaşı - hansı ki, Azərbaycan dilində nəinki normal danışa, heç deyilənləri də anlaya bilmir,- Azərbaycan müxalifəti prezidentliyə vahid namizəd kimi, özü də yekdilliklə dəstəklədi. Hətta saç-saqqalını müxalifətdə ağardan İsa Qəmbərlə Əli Kərimli də.
Bunun niyəsini bir qədər sonra açıqlayacağıq. Hələliksə onu deyim ki, həmin bu vahid namizədin təsdiqlənməsilə Milli Şura içərisində parçalanmaya start verildi. İsa Qəmbər bəyan etdi ki, bəs Rüstəm bəyə bu şərtlə səs verir ki, o, tezliklə Bakıya dönməlidir. Özü də bəhanəsiz-filansız. Və Rəsul Quliyev kimi bəhanə etməməlidir ki, “100 minlik mitinq edin, sonra gəlim”.

Bununla da İsa Qəmbər həm də onu anlatdı ki, o, vahid namizədə səs versə də, öz namizədliyindən də vaz keçmək fikrində deyil. Və paralel olaraq, öz təbliğat kampaniyasını da aparacaq. İsa Qəmbərin bu əndirəbadi və ikibaşlı çıxışından qurşaqdan aşağı zərbə alan Rüstəm İbrahimbəyov da özündən çıxdı və ona görə də, gözünü yumub, ağzını açdı, nə açdı. Ardinca da onu “dayaz duşüuncəli siyasətci” adlandırdı. Turkiyədə Ərdoğan belələrinə “çapulcu” deyir.

Bəs əslində pravakator kimdir?

Bir az diqqət yetirək və İsa Qəmbərin nədən zorən də olsa, dəstəkləmək məcburiyyətində qaldığı Rüstəm İbrahimbəyova olan inamsızlığının kökünü araşdırmağa calışaq. Bunun ücün heç də uzağa getməyə ehtiyac yoxdur... Sadəcə, Rüstəm bəyin yaxın keçmişdə dediklərinə diqqət yetirmək bəs edir.

Yadınızdadırsa, Milli Şura yenicə təsis olunanda İbrahimbəyov and içib aman edirdi ki, bəs heç vaxt prezidentliyə vahid namizəd olmayacaq və belə bir iddiası da yoxdur. Amma sonunda özünü müxalifətin vahid namizədi elədi, özü də yekdilliklə.

Bir qədər sonrasa, yəni İbrahimbəyovun ikili vətəndaşlıq məsələsi gündəmə gələndə Rüstəm bəy and-aman etmişdi ki, bəs o, Rusiyanın deyil, Azərbaycanin vətəndaşıdır. Amma vahid namizəd olan kimi bəyan elədi ki, Rusiya vətəndaşlığından imtina edir. İndi sual olunur: sən Rusiya vətəndaşı deyildinsə, indi nədən imtina edirsən?

Bax, bütün bu avantüralar da şeytana papış tikən İsa Qəmbərdə haqlı olaraq qıcəq yaradır. Yəni nə olsun ki, İbrahimbəyov bu gün 1 ay sonra Bakıya dönəcəyini deyir? Bütün danışdıqları yalanların fonunda bunun da növbəti fırıldaq olmayacağına kim təminat verir?

Hələliksə Rüstəm bəy 129 muxalif çapulcunun boynuna çatı salaraq, istədiyi səmtə suyrüyür. Və bunları da Rusiyadan Sype, Facebook-la idarə edir. Amma müxalifət buna öyrəncəlidir. Bəyəm vaxtilə Elçibəy bunları Kələkidən, Rəsul Quliyeysə neçə müddətdir ki Amerikadan idarə eləmirmi?

karikatura sican 080713.jpg"/>

Ona görə də, müxalifət düşərgəsi daxilində hökm sürən xəyal qırıqlığı gündən günə güclənir. Cünki hamı - elə İbrahimbəyovun özü də yaxşı bilir ki, Azərbaycan Konstitusiyasının tələblərinə görə ikili vətəndaşlğı, xarici ölkələr qarşısında öhdəliyi olan, son 10 ili azərbaycanda yaşamayan, o cümlədən, haqqında cinayət işi başlanmış şəxslər prezidentliyə namizəd ola bilməzlər. Və gələcəkdə də qeydə alınmamasını bəhanə edərək, İbrahimbəyovun Bakıya gəlməməsi ehtimalı çox realdır.

Bax, elə məhz buna görə də Qəmbər öz işindədir. Milli Şuraya ümid və etimad göstərənlər isə qalıbalr caş-baş. Cunki necə deyərlər, qızın iki adaxlısı var. “O olmasın, bu olsun” demək isə çox çətindir.


Teqlər: