Oğrular cinayət başında yaxalandı
Rayon mühafizə idarəsi əməkdaşlarının keçirdiyi növbəti uğurlu tədbir nəticəsində vətəndaşın xüsusi vasitələrlə qorunan mənzilindən oğurluq edilməsinin də qarşısı vaxtında alınıb.
6-cı mikrorayon ərazisində yerləşən mənzillərin birindən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman, oğurluq məqsədi ilə həmin evə daxil olmuş Sumqayıt şəhər sakini Əfsanə Muxtarova saxlanılaraq ərazi üzrə 7-ci Polis Bölməsinə təhvil verilib.
BMİ-nin digər hissələri kimi, Abşeron RMİ-nin əməkdaşları da vətəndaşlara məxsus obyekt və mənzillərin mühafizəsini etibarlı təmin edir.
Gecə saatlarında Mərkəzi Mühafizə Məntəqəsinə Göradil qəsəbəsindəki bağ evindən daxil olan “həyəcan” siqnalı əsasında idarənin tutucu qrupunun əməkdaşları hadisə yerinə yollanıb. Baxış zamanı pəncərənin dəmir barmaqlıqların sındırıldığı və açıq olduğu aşkar edilib. Polis əməkdaşlarının çevikliyi sayəsində qarət məqsədi ilə mənzilə daxil olan iki nəfər zərərsizləşdirilərək ərazi üzrə müvafiq polis bölməsinə təhvil verilib. Araşdırmalar zamanı həmin şəxslərin Qubad İbadov və əvvəllər məhkum olunmuş Mirhəşim Seyidov olduğu məlum olub. M.Seyidovun üzərindən uzunluğu 35-50 sm olan bıçaq və narkotik maddə aşkar edilərək götürülüb. Hər 3 faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, 2016-cı ilin yanvar ayından indiyədək BMİ-nin idarə, şöbə və bölmələri tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 10-dan artıq oğurluq hadisəsinin qarşısı vaxtında alınıb. Hazırda, DİN-in Mühafizə Xidməti tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur.
Vətəndaşların mənzillərinin, həmçinin fiziki və hüquqi şəxslərin obyektlərinin texniki vasitələrlə mühafizəsi cinayətkarlıqla mübarizədə əvəzsiz profilaktik tədbir olduğundan bu sahə Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


